Bu qidalar mədə yanmasının qarşısını alır
Bir çox insan mədə bulanması və qıcqırmasından şikayət edir. Sözsüz ki, buna qidalar da səbəb olur. Lakin elə qidalar da var ki, əksinə, mədəni rahatladır. Mədə turşusunu nizamlayan qidalarla sizi tanış edirik.
Qızarmış çörək
Mədə turşusunun ifraz olunması nəticəsində yaranan göynəmənin qarşısını alır. Mədənin ifraz etdiyi mədə turşusunu qurudur.
Çiy kartof
Kartof çiy halda mədə yanmasına çox yaxşı təsir edən qidadır. Soyulmuş kartofu blenderdən keçirin və kərəviz suyu ilə qarışdıraraq için. Yaxud kartofu şirəçəkəndən keçirin, səhər acqarına bu suyu için. Mədə yanmasına çox yaxşı təsir edəcək.
İspanaq
Buxarda bişirərək, qaynadaraq və ya təzə yarpaqlarını salatlara qataraq yeyə bilərsiniz. Mədə üçün ən faydalı qidalardan biridir.
Zeytun yağı
Zeytun yağını çiy halda istifadə etsəniz, yeməklər mədədə daha az qalar və yağlar daha rahat mənimsənilsin deyə öd sekresiyasını artırar. Beləcə, mədədə heç bir narahatlıq hiss etməzsiniz.
Banan
Mədə üçün ən yaxşı qidalardan biridir. Pay aralarında 1 ədəd banan yesəniz, mədə yanmasının da qarşısını almış olarsınız. Banan mədə fermentini artırır.
Gül kələm
Qaynadılmış bir gül kələm mədə turşularının zərərlərindən qoruyur. Tərkibindəki "gefarnato" maddəsi xora müalicəsində istifadə edilən dərmanın xammalı olaraq da istifadə olunur.
Kələm
Çiy halda yemək daha faydalı olar. Nazik doğrayıb salatlara da qata bilərsiniz. Meyvə sıxan maşında kələm və almanı sıxıb suyunu içə bilərsiniz.
Alma sirkəsi
Salatlarda istifadə edilən alma sirkəsi mədənizi rahatlaşdırar.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır