XalqXəbər.Az

XalqXeber.Az » Sağlamlıq » Üz dərisinə zərərli qidalar hansılardır?

Üz dərisinə zərərli qidalar hansılardır?

Üz dərisinə zərərli qidalar hansılardır?
29-12-2020, 12:50

Üz dərisində yaranan problemlər ətraf mühitin mənfi təsiri ilə yanaşı orqanizmdə yaranan problemlər səbəbi ilə də baş verir. Sağlam qida qəbulu, səhhətimiz və çəkimizin normada qalması üçün çox vacibdir. Lakin dəri sağlamlığı və gözəlliyi üçün qida qəbulunda bəzi məqamlara xüsusi diqqət yetirməliyik. Əgər dəridə təkrarlanan problemlərlə qarşılaşırıqsa, qida rasionunuza mütləq dəyişiklik etməliniz.

Xarici KİV-ə istinadən dəriyə zərərli olan qida və yeməkləri təqdim edirik:

1. Süd və süd məhsulları
Süd, pendir və qatıq bədəndəki hormon səviyyələrinə təsir edərək, onların balansını pozur. Nəticədə ciddi dəri problemləri yaradır. Əgər üz dərinizdə sızanaq, ya da qara nöqtələr varsa, süd məhsullarından imtina etməlisiniz.

2. Tərkibində karbohidrat olan qidalar
Rafinə olunan karbohidratlar insanın artıq çəki almasına, piylənmə, şəkər xəstəliyi ilə yanaşı üz dərisi problemləri də yaradır. Belə qidalar adətən vitaminsiz olur. Onları qəbul etdikdə "boş kalori" yaranır. Bu səbəblə də qan şəkəri və insulin normadan artıq ifraz olunur. Nəticədə isə istehlak etdiyimiz qida birbaşa qlükozaya çevrilir və yağ vəzilərinin fəaliyyətini sürətləndirir. Bu da dəridə sızanaq və başqa ciddi problemlərə səbəb olur.

3. Enerji içkiləri
Maddələr mübadiləsini pozur, nəticədə üz dərisində qıcıqlanma və qaşınma kimi müxtəlif simptomlar yaradır. Bu qidalar bir başa bağırsağa təsir edir. Orada dəri üçün faydalı bakteriyaları azaldır.

4. Spirt və kofein tərkibli qidalar
Spirtli içkilər bədəndə ciddi su itkisinə səbəb olur. Bu da dərinin sağlam olmasına mənfi təsir edir. Tərkibində kofein olan qidalar sidikqovuculuq xüsusiyyətinə malikdir. Böyrəyin tez-tez işləməsinə səbəb olur. Bu da insanda susuzluq yaradır. Dərinin normal su balansını qorumaq üçün bol su qəbul etməliyik.

Üz dərisi üçün faydalı qidalar sırasında isə badam, göy-göyərti ,meyvə, tərəvəzlər və dəniz məhsulları yer alır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.