Qışda ayağa qulluq
Qış ayları boyunca geyindiyimiz qalın corablar və çəkmələr ayaqlarda şişkinlik və pis qoxu yaradır. Bu mövsümdə ayaqlarımızın quru və isti qalması üçün müəyyən qaydalara əməl etmək lazımdır.
Xarici KİV-ə istinadən riayət etməli olduğumuz 5 əsas qaydanı təqdim edir:
1.Ayaqlarınızı təmiz və quru saxlayın
Qışda geyilən qalın corablar və çəkmələr ayağı isti saxlasa da, çox tərlədir. Nəmli ayaqlar üşüməyə və bakteriyaların yaranmasına səbəb olur. Bundan xilas olmaq üçün ayaq pudrası istifadə edə bilərsiniz. Buna görə də, yun corablardan istifadə etsəniz daha yaxşı olar. Bu cür ayaq geyimləri ayağı isti və təmiz saxlayır.
2.Rahat çəkmələr geyinin
Ayağınızın rahat olduğu və çox incitməyən çəkmələrə üstünlük verin. Çox dar ayaqqabılar geyinmək qan axının sürətini azaldır və ayağınızn daha da çox üşüməsinə səbəb olur.
3.Ayaqqabılarınızı qurudun
Ayaqqabılarınızı bir dəfə geyindikdən sonra mütləq qurudun. Beləliklə, təkrar geyindiyinizdə ayağınız üşüməyəcək bakteriya və göbələyin yaranmasının qarşısını almış olacaqsınız. Hətta ayaqqabılarınızı bir gün fasilə ilə geyinsəniz daha yaxşı olar.
4.Ayaqlarınızı hər gün yuyun
Ayaqlarınızı təmiz saxlasanız göbələk kimi xoşagəlməz problemdən qurtula bilərsiniz. Buna görə də ayağınızı yuduqdan sonra yaxşıca qurudun. Hər gün geyindiyiniz corabı dəyişdirin. Ayaqlarınızı duz vannası edin, daha sonra 10 dəqiqə gözləyin qurusun.
5.Ayaq dərinizə qulluq edin
Soyuq hava daha az nəm deməkdir. Bu da ayaq dərinizin və dırnaqlarınızın qurumasına səbəb ola bilər. Dəri isə quru olduqda çatlayır. Bu da bədənə müxtəlif infeksiyaların daxil olması deməkdir. Bunun qarşısını almaq üçün nəmləndirici kremdən istifadə edin. Bundan sonra dərinizin yumşaq və təravətli olduğunu olacaq. Nəmləndiricini ayaqlarınıza hamam vannası qəbul etdikdən sonra çəkin.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır