Diqqət: Çipsi sonsuzluğa yol açır
Hər gün milyonlarla insanın yediyi çipslər təhlükə saçır! Alimlər bu qidanın xərçəng xəstəliyindən köklüyə qədər, şəkər xəstəliyindən sonsuzluğa qədər bir çox xəstəliyə yol açdığını bildirir. İçində yüzdə on faiz doymuş yağ, yüzdə üç faiz trans yağ olan çipslərdən gündə 35 qramlıq bir paket yeyən adam il ərzində 5 litr zərərli yağ içmiş kimi olur.
İngiltərə Ürək Sağlamlığı Fondunun həyata keçirdiyi araşdırma nəticəsində 35 qramlıq çips paketində 2,5 çay qaşığı trans yağ olduğu ortaya çıxıb. Çipslərdə yağdan başqa həddən artıq duzdan istifadə olunması da təhlükəni artırır.
Anadolu Sağlamlıq Mərkəzi Qidalanma mütəxəssisi Camal Ak çipslərdə bol miqdarda trans yağ istifadə edildiyini deyib. Onun sözlərinə görə, çipsin içindəki trans yağların bir çox təhlükəli xəstəliyə səbəb olur, xərçəng, sonsuzluq və qaraciyər yağlanmasına yol açır. Eyni zamanda bu qidanın içində "akrilanudin" adlı kimyəvi maddə plastik istehsalında istifadə edilir. Siqaretin də içində olan bu maddə xərçəng xəstəliyinə səbəb olan maddədir. Dünyanın bir çox yerində sağlıq sahəsində çalışan alimlər çips paketlərinə "ÖLDÜRÜR" yazısının yazılmasını təklif edirlər. Terapevt-qastroenteroloq Sevindik Arazov da "Sherg.az"a açıqlamasında çipsinin orqanizm üçün zərərli hesab edilən qidalardan olduğunu deyib. Həkimin sözlərinə görə, çipsilərin tərkibindəki müxtəlif qatqılar bir sıra xəstəliklərə səbəb olur: "Xərçəng, obezit, diabet kimi xəstəliklər yaradan çipsidə kalorinin miqdarı normadan bir neçə dəfə çoxdur. Ekspertlər tərkibindəki akrilamid maddəsindən plastik materialların hazırlanmasında istifadə edildiyini qeyd edirlər. Həmin maddə tütünün də tərkibində mövcuddur. Çipsinin tərkibindəki trans yağlar insan bədənindəki normal temperaturda (36 dərəcə) ərimir. Bu yağlar bədəndə toplanılır və qandakı yağ nisbətini çoxaldır. Bu da öz növbəsində xərçəng, obezit, diabet, sonsuzluq, qaraciyərdə funksiya pozulması, alzheimer, parkinson və ürək xəstəliklərinə səbəb olur".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək