Öskürəyi kəsir, immuniteti qaldırır, dərini gözəlləşdirir
Soyuq havada xəstəlik ehtimalı daha çox olduğundan süfrənizdə daim immuniteti gücləndirən qidalar, meyvələr olmalıdır. Mövsüm dəyişikliyi ilə insanların immunitetə daha çox eytiyacı var.
arici mediaya istinadən xəbər veririk ki, belə meyvələrdən biri də heyvadır. A, B, C vitaminləri və potaşla zəngin olan heyva xərçəng, bağırsaq problemləri, öskürək kimi bir çox xəstəliklərin şəfasıdır. Heyva vitamin və minerallarla çox zəngindir. 100 qram heyvada gündəlik tələbatımızın 25%-ni qarşılayacaq qədər C vitamini var.
Heyva immuniteti gücləndirməklə yanaşı, xolestrolu tənzimləməkdə də mühüm rol oynayır. Dərinin sağlam olması və gözəl görünməsi üçün də faydalıdır. Heyva suyu və çayını içənlərdə dəri ləkələri azalır və insanın daha gənc görünməsini təmin edir.
80%-i sudan ibarət olan heyvanın kalorisi də azdır. 100 qram heyvada 55 kalori var. Heyvadakı pəhriz lifləri də arıqlamağa kömək edir. Həzm sistemi xəstəliklərinin, ishal, mədə ağrıları və ürəkbulanması üçün də heyva əvəzsizdir. Tərkibindəki potaş sayəsində qan təzyiqi nəzarətdə saxlanılır və böyrəkləri qoruyur. Suyu və çayı qripdən sağalmağın ən ideal vasitəsidir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır