Böyrək daşlarının tökülməsi üçün sirop
Böyrək daşı xəstəliyi insanlarda ən güclü ağrı ilə müşayiət olunan xəstəlikdir. Böyrək daşlarından bir çox insanlar əziyyət çəir. Müasir dövrdə müxtəlif tibbi vasitələrlə böyrək daşlarından azad olmaq imkanları var. Amma, tarix boyu bu daşlardan təbii vasitələrlə qurtarmağa çalışmış və yaxşı nəticələr əldə etmişlər.
Böyrək daşları orqanizmdə kalsiumun çoxalması və böyrəklərdə yığılıb qalması səbəbindən baş verir. 80% daşların əmələ gəlməsi kalsium mübadiləsinin pozulması səbəbindən əmələ gəlir. Kalsium tərkibli daşlardan başqa fosfat və oksalat tərkibli daşlar da böyrəklərdə əmələ gələ bilir ki, bunlar da vaxtında tökülmədikdə böyrəklərin funksiyasının pozulmasına səbəb olur. Çikaqo Universitetinin uroloqları sitrus meyvələrinin böyrəklərdə əmələ gələn daşların tökülməsinə səbəb olduğunu sübut etmişdir.
Limon - tərkibində ən çox sitrat olan sitrus bitkisidir. Onun tərkibində böyrək daşlarının tökülməsini sürətlndirən ideal vasitələr var. Limondan istifadə etdikdə sidiyin tərkibində sitratın midqarı artır və kalsium daşları parçalanır. Limon şirəsinin zeytun yağı ilə qarışığı isə daşları parçalayaraq düşməsini asanlaşdırır. Limon şirəsi və zeytun yağı qarışımı böyrək daşlarının tökülməsi üçün ən yaxşı vasitə hesab edilir. Bunun üçün aşağıdakılar lazımdır:
* zeytun yağı - 2 xörək qaşığı
* limon şirəsi - 2 xörək qaşığı
* limon yağı - 2 damcı
* su - 1 stəkan
2 xörək qaşığı limon şirəsinin üzərinə 2 qaşıq zeytun yağı əlavə edilir. Sonra limon yağı damızdırılıb qarışdırılır. Qarışım içildikdən sonra 1 stəkan ilıq su qəbul edilir. Bu prosedur gün ərzində 3 dəfə təkrarlanır və gün ərzində çoxlu su içilir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır