Evdə qal - Sağlam qal
Ölkəmizdə koronavirusla mübarizə səbəbindən karantin elan olunduğu gündən evdə qalan bir çoxumuzun iştahası da açılıb. Bəs, indi gündə üç dəfə deyil, tez-tez yemək yeməyə başlayadığımız bir vaxtda kökəlməmək üçün nə etməliyik?
Xarici KİV-ə istinadən bir neçə məsləhət veririk:
Bu günlərdə vaxtının çoxunu televizor qarşısında keçirənlər daha çox tez hazırlanan yeməklərə, “fast food”lara üstünlük verir. Amma yaxşı olar ki, yanınızda yalnız quru meyvələr olsun. O, sizi nə kökəlməyə qoyar, nə də acımağa.
Bundan başqa, gün ərzində tox qalmaq için bir almanı bişirin, soyuduqdan sonra üzərinə darçın tökün və yeyin. Yox, əgər duzlu bir şey yemək istəyirsinizsə, o zaman qarğıdalı məsləhətdir. Bu, xüsusən film izləyərkən sizə xoş əhval da gətirəcək. Cipsi yemək əvəzinə isə kabab məsləhət görülür. Yağsız bişən kabab həm ağız dadınıza uyğun olacaq, həm də sizi artıq çəki almaqdan xilas edəcək.
Gün ərzində meyvə, qatıq yemək də məsləhət görülür.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır