SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Ailə qurmayan, boşanan, əri ilə mütəmadi münasibətdə olmayan qadınların qorxusu...

Ailə qurmayan, boşanan, əri ilə mütəmadi münasibətdə olmayan qadınların qorxusu...

Tarix:

25-02-2020, 15:54

/ 1 970 dəfə oxundu.
Ailə qurmayan, boşanan, əri ilə mütəmadi münasibətdə olmayan qadınların qorxusu...

"Daha çox yaşlı qadınlar belə yanaşırlar. Mən artıq nənəyəm, ginekoloqda nə işim var? Ailə qurmayan, boşanan, əri ilə mütəmadi münasibətdə olmayan qadınlar da ginekoloqa getməkdən qorxurlar. Düşünürlər ki, həkimə gedərəm, nə isə problem çıxar, axı ərim yoxdur, deməyəcəklər ki, bu, nədən yaranıb?

Amma problem bu gün üzə çıxıbsa, o demək deyil ki, elə indi münasibət qurduğun üçündür. Bu xəstəliklər uzun müddət orqanizmdə olur, ancaq ağırlaşanda gözlə görünəcək səviyyə gəlir. Uşaqlıq boynu xərçənginin yoluxmadan sonra inkubasion dövrü 25 il çəkə bilər. Xanım o virusa bu gün yoluxubsa, xəstəlik 15 il sonra da baş qaldıra bilər. Erkən addımlarda balaca bir müayinə, müalicə, yaxud xırda biz kəsiklə biz onun qarşısını ala bilərdik”.

Bu fikirləri onkoginekoloq Günay Məmmədbəyli kaspi.az saytına müsahibəsində açıqlayıb. O qeyd edib ki, bu gün Azərbaycanda qadınların ginekoloji orqanlar və əsasən də uşaqlıq boynu xərçənginin müalicəsinə gecikməsində əsas amillər müəyyən yaşdan sonra ginekoloqa getməyi belə deyək, yaşlarına, abırlarına yaraşdırmamalarıdır.

Onkoginekoloji problemlərdən əziyyət çəkən xanımlar arasında sağalma faizi çoxdur, ancaq onların böyük qismi sonra sağlamlıqlarını nəzarətdə saxlamırlar, müayinəyə getmirlər.

“Birincisi, həkimə getmək mədəniyyəti bizdə hələ tam formalaşmayıb. Bir çox xanım düşünür ki, bakirədirsə, onda ginekoloji nə problem ola bilər ki? Ona görə, həkimə getmir. Yaxud düşünürlər ki, qadın aybaşıdan kəsilirsə, klimaks dövrüdürsə, artıq həkimə getməyə ehtiyac yoxdur. Deyirlər ki, bundan sonra doğmayacağam, niyə getməliyəm? "Yoldaşım çoxdan rəhmətə gedib, mən həkimə niyə gedim?” deyənlər də olur.

Amma bir çoxu bilmir ki, ginekoloji xəstəliklərin çoxu klimaks dövründə özünü büruzə verir. Uşaqlıq boynu xərçənginə daha çox 45 yaşlarda rast gəlinirsə, uşaqlıq cismi xəstəlikləri, xarici cinsiyyət üzvlərinin xərçəngi daha yaşlı qadınlarda olur.

Qadınlar məlumatsızdırlar ki, klimaks dövründə bir damcı belə qan gəlməməlidir. Əsəbiləşdim, ağırlıq qaldırdım, təzyiqim qalxdı və s. deyə, qan gəldi, deyib boş yanaşırlar, amma qan olmamalıdır. Qadın kəsildisə, kəsildi. Qan gəlirsə, "mütləq xərçəngdir” demək də olmaz, çünki müxtəlif səbəblərdən ola bilər. Amma həkim müayinəsinə getməlidir ki, bunun niyə olduğu dəqiq bilinsin”.

Şərhlər

XƏBƏR LENTİ