Gündə iki fincandan artıq içmək XƏSTƏLİK YARADIR
Qəhvə və çay ölkəmizdə və dünyada sevilən içki növlərindəndir. Xüsusi ilə qış fəslində daha çox istehlak olunan çay və qəhvəni həddindən çox içmək insan orqanizminə zərərlidir və xəstəliklər yaradır.
ABŞ-ın Vanderbit universitetində həyata keçirilən tədqiqatlara əsasən insan ömrünü uzadan, depressiya, infarkt və xərçəng xəstəliklərinin riskini azaldan qəhvə və çay gündə iki fincandan artıq qəbul olunarsa siqaret çəkməyən insanlarda belə ağciyər xərçəngi riskini artırır. Belə ki, siqaret çəkməsəniz belə gündə iki fincan və daha çox qəhvə içdikdə ağciyər xərçəngi riski 41 faiz artır. Qəhvənin ağciyər xəstəliyi yaratmasının səbəbi isə tam olaraq məlum deyil. İlkin ehtimala görə, xəstəliyi yaradan qəhvənin özü yox, onun qovrulma prosesidir. Bundan əlavə, qəhvə bir neçə başqa problemlərə də səbəb olur:
Mədə xorasını artırır. Mədə həssaslığı olmayan insanlarda problem yaratmasa da, mədəsində xora olan insanlarda xəstəliyi artırır. Belə ki, qəhvə mədə turşuluğuna təsir edir.
Bədəndəki ümumi maye miqdarını azaldır. Alimlərin bir qismi qəhvənin bədəndəki maye miqdarını azaltdığını desə də, bəziləri bunu önəmsiz dərəcədə olduğunu iddia edir.
Hamiləliyi ləngidir. Gündə 3 fincan və daha çox qəhvə qadınlarda doğum nisbətini azaldır. Çünki həddindən çox qəhvə içmək qadın yumurtalıqlarına zərər verir.
Miqren xəstəliyinə şərait yaradır. Qəhvə uzun müddətdir ki, miqren yaradan səbəblərdən biri hesab olunur. Belə ki, qəhvənin tərkibində olan maddələr beyindəki qan hüceyrələrinə təsir edərək miqren xəstəliyinə səbəb olur.
Ana bətnindəki körpəyə zərər verir. Alimlərin fikrincə, hamilə qadınların gündəlik kofe qəbulu 300 mq-dan çox olmamalıdır.
Bədəndəki vitamin və mineralları azaldır. Qəhvə dəmir və digər mineralların bədənə sovrulmasına mane olur. Həmçinin kalsiumun sidik yolu ilə bədəndən çıxmasına səbəb olur. Bu da “osteoperoz” (sümük əriməsi) riskini artırır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır