Alimlər siqareti atmağın elmi yolun tapıb
Elm adamları nikotinə qarşı iyrənmə hissindən məsul beyin hüceyrələrini aşkar edib...
Bu haqda aparılan tədqiqatın nəticələri ilə bağlı "Proceedings of National" Elmlər Akademiyasının jurnalında dərc edilmiş məqalədə deyilir.
Tədqiqatçılar hesab edirlər ki, bu kəşf siqaretdən imtina etmək üçün effektiv dərman yaratmağa kömək edəcək.
Məqalədə deyilir ki, ilk çəkilən siqaret onu çəkənin beyninə ikiqat təsir göstərir və həm iyrənməyə, həm də zövqə səbəb olur. Siqaret bir vərdiş halına gəldikdə isə ilk ləzzətin əvəzinə nikotinə qarşı davamlı bir meyil yaranır.
İndiyə kimi, bu təsirin nikotinin beynin iki fərqli hissəsində reseptorları aktivləşdirməsi ilə əlaqəli olduğuna inanılırdı. Toronto Universitetinin kanadalı alimləri isə siqaret çəkməyin ilk epizodları zamanı əks hisslərə mükafatlandırma sistemi və vərdişlərin formalaşmasına cavabdeh olan orta beyin neyronlarının fərqli populyasiyalarının səbəb olduğunu müəyyən ediblər.
"Artıq biz bilirik ki, nikotin beynin müxtəlif hissələrində neyronları aktivləşdirir. İyrənmə hissi daim mövcud olmalıdır, lakin bir insan nə qədər çox siqaret çəkirsə, onda onun reseptorlarında və beynin mükafat sistemində siqnal ötürülməsi proseslərində daha çox dəyişiklik baş verir", - araşdırma rəhbəri Tarin Qrider deyib.
İş ondadır ki, nikotindən asılı olmayan heyvanlarda iyrənclik hissi üçün cavabdeh olan həmin dopamin neyronları mükafat olaraq asılılıqdan əziyyət çəkən insanlarda çəkməkdən imtina şəklində bir sevinc hissi yaradır.
"Asılılıq yarandığı zaman beynin motivasiya sistemində bir keçid meydana gəlir, - tədqiqatçı alim Qrider deyib. - Artıq söhbət özünü yaxşı hiss etməkdən deyil, orqanizmdə nikotinin çatışmazlığından qaynaqlanan mənfi hisslərdən qurtulmaqdan gedir".
Alimlər ümid edirlər ki, nikotinə qarşı iyrənnmə hissi yaradan neyronların aşkar edilməsi alkoqol asılılığından qurtulmaq istəyən insanlarda spirtli içki qəbul edərkən ürək bulanmasına səbəb olan dərmanların təsiri zamanı olduğu kimi, siqareti atmaq istəyənlər üçün də effektiv müalicə metodu yaratmağa kömək edəcək.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır