Bu qidalar beyin hüceyrələrini öldürür
Bəzi qidalar bədənimizə xeyirdən çox zərər vurur.
Xarici mətbuata istinadən xəbər veririk ki, diyetoloqlar mağazada satılan hazır və ya şəkərli qidaların çoxunun beyin hüceyrələri üzərində olduqca mənfi təsirə malik olduğunu bildiriblər. Bu ərzaqlardan bəzilərini təqdim edirik:
Şəkərli qidalar həm çəkinin artmasına səbəb olur, həm də yaddaş zəifliyinə gətirib çıxarır.
Alkoqolun uzun müddətdə qəbulu qaraciyəri sıradan çıxarmaqla yanaşı, beyində zehni yorğunluğa və diqqətin zəifləməsinə səbəb olur.
Qızarmış yeməklərin piylənmə ilə birbaşa əlaqəsi olduğu məlumdur. Lakin mütəxəsssilər bu qidaların beyin hüceyrələrin yavaş-yavaş öldürdüyü qənaətindədir. Bəzi yağlar digərlərinə görə daha təhlükəlidir. Məsələn, çox qızdırılmış günəbaxan yağı ən zəhərli yağlardan hesab edilir. Dəfələrlə istifadə edilmiş yağlarda bişən yeməklər Alzaymer xəstəliyi və beyin xərçəngi riskini artırır.
Çox duzlu yeməklər qan təzyiqini artırır və ürəyə ziddi ziyan vurur. Belə qidalar beyin qan dövranını pozur və nəticədə yaddaş problemi yaranır.
Süni şirinləşdirircilər arıqlamağa çalışan insanların ən çox istifadə etdiyi ərzaqdır. Bu şəkərəvəzedicilərin kalorisi az olsa da, xeyrindən çox ziyanı var. Belə ki, uzun müddət istifadəsi beyində ciddi problemlərə və göz xəstəliklərinə səbəb olur.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır