Arıqlama çaylarının bu təsirlərini bilirsiniz?
"Arıqlama çaylarının insan orqanizmi üçün mənfi təsiri çoxdur. Belə ki, həmin çaylar maddələr mübadiləsinin prosesini sürətləndirir və bağırsaqların mikroflorasını pozur.
Bu zaman bağırsaqlarda ishal başlayır, insan bədəni çoxlu maye və mikroelement itirir. Maye çox itirilsə, bədəndə susuzlaşma baş verir, bu da qanda və öddə qatılaşmaya səbəb olur".
Bunu lent.az-a həkim-terapevt Vəfa Zeynalova deyib. Onun sözlərinə görə, arıqlama çayları böyrəkdə və sidik kisəsində duzların çökməsinə səbəb olur, bu da müxtəlif xəstəliklərə yol açır: "Bu vasitələr ürək fəaliyyətini pozur, sinir sisteminə təsir edir, mədə bağırsaqda xora əmələ gətirir və digər problemlərə yol açır. Arıqlamaq üçün yalnız düzgün pəhriz saxlamaq və idmanla məşğul olmaq lazımdır".
Həkim-terapevt Günel Verdiyeva da diet çaylarının ziyanlı olduğunu deyib: "Artıq çəkidən əziyyət çəkən insan mütləq həkimə müraciət edib səbəblərini bilməlidir. Çünki artıq çəki müxtəlif xəstəlikdən də xəbər verə bilər. Bu vasitələr müvəqqəti effekt verir, tərkibində işlədici otlar var ki, bu da bağırsaqlarda qıcıqlanma yaradır. Həmin çayları uzun müddət istifadə etmək olmaz, çünki bağırsaqlarda bir çox problemlərə yol açır, və istifadəsini dayandıran kimi atdığımız çəki sürətlə geri qayıdır".

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır