Hansı dondurmalar sizi zəhərləyə bilər? – Ehtiyatlı olun!
İsti yay günlərinin ən sevimli qidalarından biri şübhəsiz ki, dondurmalardır. Xüsusilə də uşaqlar dondurmalardan heç cür imtina edə bilmirlər. Ancaq bu dadlı qida zəhərlənmələrə və digər sağlamlıq problemlərinə səbəb ola bilər.
Bəs dondurma alarkən nələrə diqqət etmək lazımdır?
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Yeni Sabah"a bildirib ki, sənaye üsulu ilə istehsal olunan bütün məhsulların daxilinə kimyəvi maddələr əlavə olunduğunu deyib:
“Sənaye üsulu ilə istehsal olunan, yəni ev şəraitində hazırlanmayan bütün malların daxilinə, o cümlədən dondurmalara aromatizatorlar, rəngvericilər, stabilizatorlar normalara uyğun olaraq, təhlükəli olmamaq şərti ilə qarışdırılır. Bu maddələrin müxtəlifdir. İstehsalçıdan asılı olaraq dondurmaya əlavə edilən maddələr də dəyişilir”.
Onun sözlərinə görə, yaxşı dondurmanı dadından tanımaq mümkündür:
“Dondurma süd məhsuludur, qaymaq dadı verməlidir. Lakin istehlakçılar bizə zəng edib deyirlər ki, dondurma acı dad verir. Bu o deməkdir ki, dondurmanın istehsalında standartın əksinə olaraq kərə yağından yox, marqarindən, bitki yağlarından istifadə olunub. Bunun səbəbi həmin yağların daha ucuz olmasıdır”.
E.Hüseynov bildirib ki, əridikdən sonra təkrar dondurulan dondurmanı yemək olmaz:
“Bəzən istehlakçılar deyir ki, aldığımız dondurma əzilib. Bu o deməkdir ki, dondurma istiyə məruz qalıb, onu təzədən dondurublar. Yəni, bu süd məhsulu çirklənib. Hər bir dondurmanın müəyyən saxlanma temperaturu var. Ona uyğun olaraq, donmuş şəkildə saxlanılmalıdır. Bəzən mağazaya gedikdə pis qoxu hiss edirik. Deməli, gecələr işıq enerjisinə qənaət etmək üçün soyuducuları söndürürlər. Bu da oradakı məhsulların, o cümlədən dondurmaların köhnəlməsinə səbəb olur”.
E.Hüseynov istehlakçıların xarici məhsullara daha çox marağı olduğunu bildirib. Ancaq o, yerli və xarici istehsal olan dondurmalar arasında kəskin fərq olmadığını vurğulayıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır