Broyler toyuğu və qaraciyəri yeməyin – Xəbərdarlıq
Broyler toyuqlarının necə yetişdirilməsi, tərkibində hormonal preparatlar və antibiotiklərin olması və bütün bunların insan orqanizminə, xüsusilə uşaqlara zərəri barədə dəfələrlə xəbərdarlıq xarakterli materiallar yazılıb
Pediatr həkim Vaqif Qarayev də broyler toyuğu və ayrıca satılan toyuq qaraciyərinin təhlükəli olması barədə açıqlama verib.
"Toyuğu antibiotiklərdən təmizləmək üçün bu qaydalara əməl olunmalıdır.
1.Toyuğu qaynatdıqdan sonra bulyonu mütləq atılmalıdır.
2.Toyuğun qara ciyəri və böyrəkləri də atılmalıdır və qətiyyən alınmamalıdır. Çünki antibiotik və toksinlər toyuğun ən çox dərisi, qaraciyəri və böyrəklərində toplanır.
3.Toyuğu duz və limon şirəsi əlavə edilmiş suda 2 saat saxlayıb, sonra bişirmək lazımdır".
Bu metodların az-çox zərərsizləşdirici tədbir kimi işə yarayacağını bildirilsə də, ümumiyyətlə broyler toyuğu və içalatı almamağı məsləhət görür.
"Bu yaxınlarda Rusiyada böyük bir partiya toyuq satışda çıxarıldı. Həm aqrar sektorda istifadə olunan gübrələrdə də antibiotik var. Ona görə də bugünkü antibiotikərin artıq təsir etməməsi barədə də məlumatlar çoxalır və dünya səhiyyəsi supergüclü antibiotik axtarışındadır".
Satışa icazəsi olmayan, mənşəyi naməlum, xüsusən restoran və şadlıq evlərində masaya gətirilən, hardan əldə olunduğu məlum olmayan toyuqlardan uzaq durun.(Medicina.az)

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır