Arıqlamaq istəyənlər bu 3 qidanı yesin
Arıqlamaq istəyən insan daha az kalori qəbul etməli və daha çox kalori sərf etməlidir. Yalnız bu halda arıqlamaq mümkündür.
Lakin bu asan deyil. Aclıq hissi arıqlamağa mane olur və bir çox insanlar məhz aclığa dözə bilmədiyinə görə pəhrizdən imtina edir.
Lids Universiteti (Böyük Britaniya) alimləri bu problemi həll etməyə çalışıb. Onlar pəhriz zamanı aclıqla mübarizə etməyə kömək edən məhsulları araşdırıb.
Mütəxəssislər 3 belə məhsul aşkar edib. Bu kartof, pasta (spagetti) və düyüdür. Bu 3 məhsulun kalori dəyəri azdır, lakin onlar daha tez toxluq hissi yaradır və bu hissi daha uzun müddət ərzində saxlamağa kömək edir. Həmçinin eksperimentlər göstərib ki, bu məhsulların sayəsində insan gün ərzində daha az qida qəbul edir.
Təbii ki, arıqlamaq istəyən insan qızardılmış deyil, bişmiş kartof yeməli, spagetti və düyünü isə yağlı souslarla yeməməlidir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır