Xanımlar, diqqət: Babet ayaqqabıların bu qədər zərərli olduğunu bilmirdiniz
Havaların isinməsi ilə bərabər mağazalarda müxtəlif çeşiddə, rəngdə babet ayaqqabılar satılmağa başlayır. Bu ayaqqabılar yastı dabanlı və rahat olduğu üçün xanımlar tərəfindən daha çox seçilir. Mütəxəssislər isə bildirir ki, əslində bu cür ayaqqabılar insan sağlamlığına zərərlidir. Babet ayaqqabıların insan orqanizminə vurduğu zərərlə bağlı məlumatları diqqətinizə çatdırırıq.
Babet ayaqqabılardan çox istifadə etdikdə bədəndə fiziki pozulmaya səbəb olur. Yerimə əsnasında bədən dabanlara təzyiq edir, beləcə, vücudun bütün ağırlığı ayaq biləklərinə enir. Bu hal da ayaq və bel sümüyündə pozulmalar meydana gətirir, onurğa əyriliyi və bel yırtığı kimi xəstəliklər də ortaya çıxarır.
Eyni zamanda, babet ayaqqabılar ayaqda qalınlaşmaya və yeriyərkən forma pozuntusuna da səbəb ola bilir. Ayaq pəncəsi daim yerə düz basıldığı üçün yeriyərkən dizlər basqıya uğrayır və bu da zamanla diz sümüyündə əyilmə yaradır.
Mütəxəssislərin vurğuladığı bir digər təhlükəli hal isə ucuz vasitələrdən hazırlanan babet ayaqqabılardır. İnsan sağlamlığına mənfi təsir edən maddələrlə istehsal olunan babet ayaqqabı, barmaq arası infeksiya, ayaqlarda şiş və göbələk kimi müxtəlif dəri problemlərinin ortaya çıxmasına səbəb olur.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır