Üzdəki tükləri tökən MASKA
Bir çox qadınlar üzlərindəki tüklərə görə kompleksə girir və müxtəlif üsullarla onlardan qurtulmağa çalışırlar. Üzdəki tüklənmənin ciddi bir sağlamlıq problemi olmadığı bilinir, ancaq bəzən hormonal dəyişikliklər də buna səbəb ola bilir. Üzdəki arzuolunmaz tüklərdən təbii yollarla qurtulmaq üçün reseptlər təqdim edirik.
Bal və limon suyu resepti
Lazım olanlar:
3 xörək qaşığı şəkər tozu
1 xörək qaşığı bal
1 çay qaşığı limon suyu
Hazırlanması:
Bir kasaya bal və şəkər tozunu əlavə edin. Qarışımı 2-3 dəqiqə mikrodalğalı sobada saxlayın. Şəkər tozu əridikdən sonra ona limon suyunu əlavə edib qarışdırın. Qarışım soyuduqdan sonra tük olan yerlərə yavaşca sürtün. Daha sonra üzünüzdən dartaraq qoparın. Bu üsul azacıq ağrılı olsa da, tükləri mükəmməl bir şəkildə yox edəcək.
Qarğıdalı unu, yumurta və şəkər tozu
Lazım olanlar:
2 xörək qaşığı qarğıdalı unu
1 yumurta
1 xörək qaşığı şəkər tozu
Hazırlanması:
Yumurtanın ağını bir kasaya qoyun. İçinə qarğıdalı unu və şəkər tozunu töküb qarışdırın. Qarışımı üzünüzdə tük olan yerə sürtərək, qurumasını gözləyin. Daha sonra bu maskanı üzünüzdən çəkib çıxarın və ilıq su ilə üzünüzü durulayın.
Təsirli nəticə almaq üçün bu maskanı həftədə 3-4 dəfə vura bilərsiniz.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır