Beliniz ağrıyırsa, bu məsləhətlərə əməl edin
Bel ağrısı dünyada geniş yayılmış problemlərdən biridir. Təxminən 10 insandan 8-i həyatının hansısa dönəmində bu problemlə qarşılaşır. Həkim fizioterapevt Qamze Şənbursa xüsusən qadınlarda rastlanan bel ağrılarını azaltmağın 5 yolunu açıqlayıb.
Həmin məsləhətləri təqdim edirik.
1. Sümüklərinizi gücləndirin: Brokoli, ispanaq kimi bitkilər sümüyü kalsium cəhətdən zənginləşdirir. Güclü sümük güclü vücud deməkdir. Beləliklə bel ağrısıyla nəticələnən problemlərdən canınızı qurtara bilərsiniz.
2. Çantanızı çarpaz asın: Əgər çantanızın ağırlığı sizin vücud ağırlığınızın 10 faizindən artıqdırsa, bu, bel ağrısına səbəb olacaq. Ən yaxşı çanta uzun ipli çantalardır ki, onları çiyninizdən çarpaz asa bilərsiniz. Çantanı çarpaz asdığınızda hər 20 dəqiqədən bir çantanın yerini dəyişin.
3. Çox sərt yataqda yatmayın: Yumşaq yataqlarda yatanlar sərt yataqda yatan insanlardan fərqli olaraq, daha az-az bel ağrısı ilə qarşılaşırlar. Yatarkən başınızın çox hündürdə olmasına çalışmayın. Əgər arxası üstə yatırsınızsa, çənəniz sinənizə çox dəyməsin. Yan üstə yatırsınızsa, başınızla çiyniniz bucaq yaratmamalıdır.
4. Əzələlərinizi gücləndirin: Güclü qarın, diafraqma və qarın əzələləriniz sizi bel ağrısından qoruyur. Dizləriniz bükülü, ayaqlarınız yerə tam dəyəcək şəkildə arxası üstə uzanın. Göbəyinizi görəcək şəkildə önə doğru əyilin və 10 saniyə gözləyin. Sonra üzü üstə çevrilin, əllərinizi yanınıza dayayıb üzünüzü yerdən qaldırın və bu vəziyyətdə 10 saniyə uzanın. Bu hərəkətləri həftədə 3-4 dəfə təkrarlaya bilərsiniz.
5. Oturuşunuza diqqət edin: Əgər gün ərzində 8 saatdan artıq əyləşirsinizsə, bu, belinizə ağırlıq salacaq. Oturarkən oturacağın arxasına söykənin, ya da yastıqlardan istifadə edin. Oturarkən ayaqlarınızı yerə, dirsəklərinizi stola dayayın.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır