Ən vacib yemək - Səhər yeməyi
Səhər yeməyi ən vacib qidalardan sayılır. Təsadüfi deyildir ki, həkimlərin əksəriyyəti onun böyük əhəmiyyətə malik olduğunu söyləyirlər. Səhərlər qida qəbul etmək orqanizmi işə salır, onu lazım olan enerji ilə təmin edir. Təəssüf ki, çoxları səhərlər qidalanmağa lazımi əhəmiyyət vermir və ən yaxşı halda bir fincan qəhvə, çay və buterbrodla kifayətlənirlər. Bir çoxları isə ümumiyyətlə, səhər yemək yemirlər.
Araşdırmalara əsasən xəbər verir ki, daim səhər yeməyindən imtina etmək şəkərli diabet və infarktın yaranmasına səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, orqanizmdə maddələr mübadiləsinə cavabdeh genlər var. Strukturda meydana çıxan qarışıqlıq prosesin nəzarətdən çıxmasına səbəb olur. Alimlər irəli sürdükləri nəzəriyyəni təcrübədə sübut etmək üçün 21-60 yaş arası iki qrupdan ibarət 49 könüllü arasında tədqiqat aparıblar. Birinci qrupa daxil olanlar təcrübə müddətində hər gün mütəmadi olaraq səhər yeməyi yeyiblər. Digər qrupun nümayəndələri isə günortaya qədər qida qəbul etməyiblər. İştirakçıların analiz nəticələrinə görə məlum olub ki, səhər yeməyi yeyənlərin orqanizmindəki maddələr mübadiləsində ciddi pozuntular müşahidə edilib.
Səhər yeməyi iş qabiliyyətini 30 faiz artırır. Onu qəbul etmək üçün ən uyğun vaxt saat 9-10 radələridir. Səhər yeməyi qəbul etməzdən ən azı bir saat qabaq oyanmaq lazımdır. Səhərlər qida qəbulu əhvali-ruhiyyəyə də yaxşı təsir göstərir, informasiyanı daha yaxşı qəbul etməyə və yadda saxlamağa kömək edir. Diyetoloqların fikrincə, səhər yeməyi gündəlik qida rasionunun 25 faizini təşkil etməlidir. Səhər yeməyi artıq çəkidən, eyni zamanda bir çox mədə-bağırsaq pozulmaları və xəstəliklərdən də qoruyur.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır