3 gündə 4 kilo arıqlayacaqsınız - PƏHRİZ
Əsrimizin sağlamlıq bəlalarından biri köklük və artıq çəki problemidir desək yanılmarıq. Yanlış qidalanma, hərəkətsiz həyat tərzi bu problemi yaradan başlıca səbəblərdəndir. Bunun qarşısını isə müəyyən pəhrizlərlə almaq mümkündür. Amma pəhriz saxlamağı da hər kəs bacarmır, buna iradəsi çatmır. Hər gün özünə söz verir ki, sabahdan pəhrizə başlayacaq və beləliklə, pəhriz gündən-günə ertələnir. Ailem.az-ın verəcəyi özəl pəhriz siyahısı ilə bu əziyyətlərdən tamamilə qurtularaq, 3 gün ərzində 4 kilo yarım arıqlayacaqsınız.
1-ci gün
Səhər naharı: Bir dilim qızarmış çörək (kəpəkli), 2 xörək qaşığı fıstıq əzməsi, yarım qreypfrut, bir stəkan çay, ya da qəhvə.
Günorta yeməyi: Bir dilim qızarmış çörək, bir fincanın yarısı ton balığı və bir stəkan çay, ya da qəhvə.
Axşam yeməyi: Qaynar suda, ya da buxarda bişmiş 85 qram ət, bir kasa yaşıl lobya, yarım banan, bir ədəd alma. Son olaraq bir stəkan vanilli dondurma.
2-ci gün
Səhər naharı: Bir dilim qızarmış çörək, yarım banan və bir qaynadılmış yumurta.
Günorta yeməyi: Bir qaynadılmış yumurta, bir kasa süzmə pendir və 5 stəkan duzlu su.
Axşam yeməyi: 2 ədəd sosisli sendviç, bir bulka, yarım banan, yarım kasa kök və bir fincan brokoli. İstəyə bağlı olaraq yarım stəkan vanilli dondurma yeyə bilərsiniz.
3-cü gün
Səhər naharı: Bir dilim pendir, 1 ədəd yaşıl alma və 5 stəkan duzlu su.
Günorta yeməyi: Bir dilim qızarmış çörək və bir qaynadılmış yumurta.
Axşam yeməyi: 1 fincan orkinos balığı, yarım banan, 1 stəkan vanilli dondurma.
Məsləhətlər:
Yaxşı nəticə əldə etmək üçün 3 gün boyu pəhrizi tətbiq etdikdən sonra 4-cü gün normal qidalanmaya daha az miqdarlarda olmaq şərti ilə geri dönməlisiniz.
Günə su içerək başlayın. Hər yeməkdən əvvəl mütləq 2 stəkan su için. Bu sayədə iştahınız bağlanacaq və uzun müddət tox qalacaqsınız
Pəhrizə başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşin.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır