Cinsi həyatın sağlamlığa 7 MÜSBƏT TƏSİRİ
Cinsi həyatın normal olması insanın ümumi sağlamlığında böyük rol oynayır.
Müxtəlif ölkələrdə aparılmış araşdırmalar göstərir ki, müntəzəm cinsi həyat (həftədə 1-2 cinsi akt) insan sağlamlığına müsbət təsir edir və hətta bəzi xəstəliklərin inkişafından qoruyur.
Müntəzəm cinsi həyatın insan sağlamlığına olan təsirini sizə təqdim edirik:
1. Stressi azaldır.
Şotlandiya alimləri araşdırmalar zamanı aşkar ediblər ki, seks orqanizmdə stressin səviyyəsini azaldır. Araşdırmanın nəticələri "Bioloji psixologiya" jurnalında dərc olunub.
2. İmmun sistemini möhkəmləndirir.
Analizlər göstərib ki, həftədə 1-2 cinsi aktı olan insanlarda immun hüceyrələrinin səviyyəsi daha yüksəkdir.
3. Ürək-damar sisteminin vəziyyətini yaxşılaşdırır.
Cinsi əlaqə zamanı qan dövranı yaxşılaşır ki, bu da ürək-damar sisteminə müsbət təsir edir və hətta ürək tutmalarının riskini azaldır.
4. Ağrıları azaldır.
Cinsi əlaqə zamanı orqanizmdə "xoşbəxtlik hormonları" adlandırılan endorfinlərin səviyyəsi qalxır ki, bu da ağrıların azalmasına kömək edir.
5. Prostat vəzi xərçənginin riski azaldır.
Avstraliya alimləri aşkar ediblər ki, normal cinsi həyat, xüsusilə cavanlıqda, kişilərdə prostat vəzi xərçənginin riskini 1/3 azaldır.
6. Qadınlarda sidik qaçırma probleminin profilaktikasıdır.
Cinsi əlaqə zamanı çanaq dibi əzələləri möhkəmlənir ki, bu da gələcəkdə bu əzələlərin zəifləməsi ilə bağlı olan sidik qaçırma kimi yayılmış probleminin riskini azaldır.
7. Yuxunu yaxşılaşdırır.
Cinsi əlaqə zamanı ifraz olunan oksitosin hormonu yuxunun yaxşılaşmasına kömək edir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır