Oynaq və bel ağrılarının səbəbləri...
Yaşlı adamların belində və dizlərində ağrılardan şikayətlənməsi heç də hava ilə əlaqədar deyil.
Tədqiqatçılar 65 yaşdan yuxarı amerikalılar üçün nəzərdə tutulan tibbi sığorta proqramının məlumat bazasında həkimə müraciətlərlə bağlı məlumatları hərtərəfli təhlil ediblər.
Məlumatlar 1,5 milyondan artıq yaşlı insana və həkimlərə edilən 11,5 milyondan artıq müraciətə aiddir. Alimlər bel və oynaq ağrıları ilə bağlı müraciətlərin sayını bu insanların yaşadıqları regionda həmin günlərdə havanın necə olması barədə arxiv məlumatları ilə müqayisə ediblər.
Nəticədə məlum olub ki, yağışlı və yağmursuz günlərdə "sümüklərin sızıltısı" ilə bağlı şikayətlərin sayında heç bir fərq olmayıb. Pis havada bel və oynaq ağrıları ilə həkimə müraciətlər 6,35 faiz, yaxşı havada isə 6,39 faiz təşkil edib.
Tədqiqatçılar hesab edirlər ki, ola bilər, pasiyentlər özlərini pis hiss etdikləri gün həkimin qəbuluna yazıla bilməyiblər. Onlar həkimə müraciətdən bir həftə əvvəl yağışlı havanı nəzərə alaraq, məlumatları bir daha təhlil ediblər. Lakin nəticələr əvvəlkini göstərib. Hətta bütün həftəni leysan yağışları yağsa belə, həmin günlərdə sümük ağrıları ilə müraciət edənlərin sayı ilə yağmursuz, günəşli havada müraciət edənlər arasında ciddi fərq olmayıb. Həmçinin hava kəskin dəyişməyə başlayan vaxtla ağrılarla bağlı müraciətlərin arasında heç bir bağlılıq olmayıb. Bununla yanaşı, hava hətta oynaq ağrılarından əziyyət çəkən revmatoid artritli pasiyentlərin vəziyyətinə də təsir etməyib.
Tədqiqatın aparıcı müəllifi Anupam Cena belə nəticəyə gəlib: "Sızıldayan dizlər və bel havanın pisləşəcəyi barədə qabaqcadan xəbər verilməsi üçün heç də dəqiq vasitə deyil". Onun fikrincə, bu halda özünütəlqinə oxşar bir məsələdən söhbət gedə bilər. Əgər siz fikirləşirsiniz ki, yağışlı havada diziniz sızıldayacaq, o, həqiqətən də baş verir. Beyin bu ssenarini yadda saxlayır və yenidən, dəfələrlə təkrar edir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır