Broyler toyuqlarının şok təsiri - Kişiləri qadın edir
Broyler toyuqları kişilərin döşünü böyüdür, boyunu qısaldır, səsini dəyişir.
Hormonal tərkibli qidalar kişilərdə qadınlaşma prosesinə start verir.
Bu barədə açıqlamasında Bioloji Təbabət Klinikasının endokrinoloqu Həbibə Mirzəyeva məlumat verib. Bildirib ki, satışda olan bəzi qidalar insanın hormonal balansına zərbə vurur:
"Hazırda bəzi ət məhsulları, xüsusilə broyler toyuqlarına vurulan hormonal preparatlar xüsusilə kişi cinsinin nümayəndələrində ciddi fəsadlar yaradır. Toyuq ətindəki külli miqdarda hormonal preparat oğlanlarda yalançı süd vəzilərinin böyüməsinə - ginekomastiyaya səbəb olur. Bu hormonlar oğlanlarda qadın hormonu ekstogenlərin cinsi dəyişkənliyini yaradır: bu həm daxili, həm də xaricən, zahiri əlamətlərlə büruzə verir. Hormonal preparatlarla yetişdirilmiş toyuq ətinin uzun müddət qəbulu - hazırkı dövrdə demək olar, hər gün müntəzəm toyuq əti yeyilir – qızlarda yumurtalıqların fəaliyyətinə zərbə vurur. Bu proseslər həm oğlan, həm qızlarda boy qısalığına gətirib çıxarır”.
Həkim çıxış yolunun olduğunu da vurğulayıb: "Biotənzimləyici preparatlarla orqanizmdəki zərərli maddələr, toksinlər heç olmasa ildə bir dəfə təmizlənməlidir. Bu preparatlar orqanizmin öz-özünü daxildən bərpa etməsinə yardım edir, zərərli hormonları kənarlaşdırır”.
Həm uşaqlar, həm böyüklərdə hormonal pozğunluğun olub-olmaması və bioloji təmizlənmə üçün həkimə müraciət edə bilərsiz.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır