Arıqlamaq istəyənlər üçün CƏFƏRİ QARIŞIMI: orqanizmi toksinlərdən təmizləyir
Hazırda dünyada demək olar ki, əksər insanlar piylənmədən və artıq çəkidən əziyyət çəkirlər. Buna görə müxtəlif plastik əməliyyat, idman, pəhriz kimi üsullara əl atırlar. Arıqlamağın ilk şərti düzgün və sağlam qidalanmaqdır. Sizə arıqlamağın sirri kimi təqdim olunan cəfəri qarışımını diqqətinizə çatdırırıq.
Cəfəri tərkibindəki birləşmələr sayəsində arıqlamaq üçün ən təsirli vasitələrdən biridir. Antioksidant və fitokimyəvi xüsusiyyətləri sayəsində orqanizmi toksinlərdən təmizləyir, həddindən çox iştah və şirniyyat istəyini kəsərək formanı qorumağa kömək edir.
Bununla yanaşı cəfəri və limon birlikdə istifadə olunduqda çəki itirmə daha qalıcı olur. Çünki limon da içərisindəki vitamin və minerallar sayəsində tam bir sidik qovucudur. Həzm sisteminin mütəmadi işləməsini təmin edir və şişliyi aradan qaldırır.
Cəfəri qarışımı üçün lazım olanlar:
1 dəstə cəfəri
1 stəkan otaq temperaturunda olan su
Yarım limonun suyu
Hazırlanması:
Cəfərini yaxşıca yuduqdan sonra mətbəx robotuna qoyun və limon suyunu əlavə edin. Cəfərilər xırda parçalar halına gəldikdə üzərinə suyu tökün. Bir az daha qarışdıraraq yeməklərdən əvvəl için.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır