Sağlamlıq iksiri – SARIMSAQ YAĞI. Özünüz hazırlayın
Sarımsaq yağı əsl təbii dərmandır. Sarımsaq yağı bir çox xəstəliklər və pozulmalar zamanı müalicəvi və profilaktik vasitə kimi istifadə oluna bilər.
Bu yağın güclü antiseptik, mikrob və virus əleyhinə xüsusiyyətləri var. Yağ soyuqdəymə və qrip xəstəliklərinin güclü profilaktik vasitəsidir.
Sarımsaq yağı təbii antibiotikdir. Onun tərkibində olan bioloji aktiv maddələr bağırsaq çöpü, difteriya, vərəm çöpü, stafilokokk, streptokokk və s. kimi ziyanlı bakteriyaları öldürmək xüsusiyyətinə malikdir.
Sarımsaq yağı damarlar üçün çox faydalıdır - onları daha elastik və möhkəm edir, təmizləyir, aterosklerozun qarşısını alır.
Sarımsaq yağı qurd əleyhinə vasitə kimi də istifadə olunur.
Sarımsaq yağı güclü ümumi möhkəmləndirici vasitədir - xəstəlik və ya əməliyyat keçirmiş insanlar bərpa dövründə bu yağdan istifadə edə bilərlər.
Sarımsaq yağı immun sistemini möhkəmləndirir, orqanizmi cavanlaşdırır, mübadilə proseslərini sürətləndirir, orqanizmi ziyanlı maddələrdən təmizləyir.
Sarımsaq yağı cinsiyyət sisteminə çox müsbət təsir edir, kişilərdə potensiyanı və spermanın keyfiyyətini yaxşılaşdırır.
Sarımsaq yağı həmçinin kosmetologiyada da müxtəlif saç maskalarının tərkibində geniş istifadə olunur - saçları gözəl və sağlam edir, kəpəklə mübarizə edir.
Sarımsaq yağını ev şəraitində hazırlamaq çox asandır. Bunun üçün 2 iri baş sarımsağı təmizləyin, sarımsaqəzənlə əzin, bir qaba tökün, üzərinə 1 stəkan iysiz bitki yağı (ən yaxşı variant - zeytun yağı) tökün, yaxşı qarışdırın, 1 həftə sərin qaranlıq yerdə saxlayın, vaxtaşırı qarışdırın. 2 həftədən sonra yağı yaxşı süzün və gündə 1 dəfə 1 çay qaşığı olmaqla qəbul edin. Həmçinin bu yağı salatlara da əlavə etmək olar.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır