İnsanlar niyə kökəlir?
Amerikalı alimlər insanın kökəlməsinin əsas səbəblərindən birinin də “emosional” yeməyə meylli olması ilə əlaqələndiriblər.
Bu barədə “PHAS” portalı məlumat yayıb. Verilən məlumatda deyilir ki, alimlər uzun müddət insanın piylənməsinə səbəb olan amillər üzrə çalışırlar.
Araşdırmalar nəticəsində məlum olub ki, insanlar bir neçə səbəbdən kökəlirlər. Bunlardan biri də, insan orqanizmində sinir sisteminin sıradan çıxmasıdır. Nəticədə insan özünü idarə edə bilmir və lazımı təlabatından artıq qidalanır.
“Qida davranışı müxtəlif neyronlar və neyron zəncirləri tərəfindən idarə olunur. Neyronların stimullaşdırılması ilə aclıq hissi aradan qaldırmaq mümkündür. Lakin bəzi heyvanlar kimi insanlar da ac deyilsə belə, “emosional” yeməyə meyllidirlər”, – deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, braziliyalı alimlər də bu istiqamətdə araşdırma aparıblar. Braziliyalı həkim Lisio Velloso Sao Paulo Dövlət Elmi Tədqiqat Fondunun konfransında bu barədə hazırladığı hesabatı təqdim edib. Hesabatda bildirilib ki, insan mədəsində və bağırsağında yığılan doymuş yağlar səbəbindən kökəlir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır