Qadın orqanizmi idman üçün idealdır
Alimlər belə qənaətə gəliblər ki, kişi orqanizmi ilə müqayisədə qadın orqanizmi təbiətən daha yaxşı idman formasında olur. Buna səbəb ümumi vəziyyətin göstəriciləri - oksigenin daha sürətlə udulması və əzələ yorğunluğu riskinin aşağı olmasıdır. Bundan əlavə, qadın bədəninə daxil olan oksigen kişi orqanizmi ilə müqayisədə 30 faiz daha effektiv sərf edilir.
Vaterloo Universitetinin professoru Riçard Hyusonun sözlərinə görə, qadın əzələləri qandan oksigeni daha tez ayırır ki, bu da qadınların aerob sisteminin daha mükəmməl olmasından xəbər verir.
Bu, 18 sağlam fəal könüllü üzərində aparılan təcrübə zamanı aşkar edilib (qadın və kişilərin nisbəti 50/50). Bütün könüllülər çox da çətin olmayan tapşırığı - idman "cığırında" qaçışı yerinə yetiriblər.
Bu müddət ərzində alimlər ürək döyüntülərinin tezliyini və toxumalarda oksigenin miqdarını, həmçinin vena və arteriya damarlarındakı qanın oksigen konsentrasiyasının fərqini qiymətləndiriblər. Məlum olub ki, məşq zamanı qadınların bədənində oksigen kişilərə nisbətən daha tez udulur. Bu onu göstərir ki, qadınlarda əzələlər daha az yorulur. Ola bilsin ki, qadınlar üçün məşq rejiminə yenidən baxmaq barədə düşünməyə dəyər.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır