Ayaq qoxusunu aparan sadə və təbii ÜSULLAR
Ayaq qoxusu gündəlik həyatda bir çox insanın probleminə çevrilib. Ayaq qoxusu sosial çevrədə insanda bir özgüvənsizlik yaratdığı kimi, psixoloji baxımdan da mənfi təsir edir. Verəcəyimiz təbii üsullarla bu problemi aradan qaldıracaqsınız.
Qara çay
1 stəkan suyu vannaya boşaldın. İçərisinə yarım stəkan qara çay əlavə edərək ayaqlarınızı bu qarşımın içərisində ən az 20 dəqiqə saxlayın. 10 gün boyu eyni prosesi təkrarlayın.
Sirkəli su
5 stəkan suyu bir vannanın içərisinə əlavə edin. Daha sonra içərisinə 6 xörək qaşığı sirkə töküb ayaqlarınızı bu qarışımın içərisində 20 dəqiqə saxlayın. Bu prosesi də 10 gün ərzində təkrar edərək tətbiq edin. Sirkə ayaq qoxusunu aparmaqla yanaşı ayağınızdakı tər vəzilərinin də yavaş işləməsini təmin edəcək.
Lavanta yağı
1 litr suyun içərisinə bir xörək qaşığı lavanta yağı əlavə edin. Ayaqlarınızı bu qarışımın içərisində 15 və ya 20 dəqiqə saxlayın. Lavanta yağının mütəmadi olaraq istifadəsi ayaq qoxusunu tamamilə aradan qaldırmağa kömək edir.
Sodalı su
İlıq suyun içərisinə bir az duz və soda əlavə edin. Daha sonra suyu bir vannanın içərisinə boşaldıb ayaqlarınızı bu qarışımın içərisində saxlayın. Hər gün mütəmadi olaraq ayaqlarınızı duzlu suyun içərisində saxlasanız, ayaq qoxusu probleminiz aradan qalxacaq.
Limon qabığı
Təmiz ayaqları limon qabığı ilə mütəmadi olaraq ovmaq ayaq qoxusu probleminə əlac edə bilər.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır