Bu qidalar sizi tez qocaldır
Sağlam qidalanmaq orqanizm üçün xeyirlidir. Bununla siz təkcə formada qalmağı bacarmır, eyni zamanda cavanlaşırsınız da. Amma bəzi qidalar var ki, onlar insanı tez qocaldır.
Xarici KİV-ə istinadən insanı tez qocaldan qidaları təqdim edirik:
Həm yağlı, həm də ziyan - qızartma
Ət və tərəvəzləri qızardaraq yemək kökəlməyinizə, bədəninizin sallanmasına, dərinizin çirkli görünməsinə, qocalmasına gətirib çıxaracaq.
Mədənin düşməni qəhvə
Hazır satılan qarışıq qəhvənin tərkibində orqanizm üçün ziyan olan maddələr mövcuddur. Bu da mədə xorası yaradır. Buna görə də çalışın təbii qəhvə alıb dəmləyin.
Bütün xəstəliklərin səbəbi - şəkər
Tərkibində şəkər olan içkilər və qidalar bədəndəki proteyni yox edir. Dərini gözəlləşdirən, bədəni möhkəm saxlayan proteyn məhv olanda qocalma başlayır.
Xəmir xörəkləri
Bu cür qidalar orqanizmi qocaldan ilkin vasitədir. Xəmir xörəklərinin tərkibində karbohidratlar var ki, bu da orqanizmə ziyandır.
Marqarin yağları
Onun tərkibində təbii maddələr olmadığı üçün həzm olunmur. Bu da orqanizmdə yağın yığılmasına gətirib çıxarır.
Şəkərli tərəvəzlər
Bütün tərəvəzlər sağlam və faydalı deyil. Kök, qarğıdalı vitamin üçün yeyilə bilər. Amma həddindən çox yeyildikdə orqanizm üçün ziyandır. Bu tərəvəzlər insanı kökəldir.
Qazlı sular
Tez-tez istifadə edildikdə, aludəçilik yaradır. Tərkibində ziyanlı maddələr və şəkər var. Onun tərkibində olan maddələr bədəndəki kalsiumu məhv edir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır