Ən sadə üsulla sağlamliğinizdan xəbərdar olun
İnsanın sağlamlığı ilə bağlı yaranan bir çox problemlər dırnaqlarda da öz əksini tapır. Əgər dırnaqlar öz formasını və rəngini dəyişirsə, demək artıq narahat olmağa əsas var.
Əgər dırnaqlarınızın rəngi həddindən artıq solğunlaşıbsa bu ürək çatışmazlığı, qan azlığı və qaraciyərin fəaliyyətindəki problemlərdən xəbər verir.
Dırnaqların ağ rəngdə olması da qaraciyərin nasazlığına, xüsusilə sarılıq və hepatit xəstəliklərinə işarədir.
Sarı rəngdə olan dırnaqlar əsasən göbələk xəstəliyinin əlaməti ola bilər. Belə hallarda dırnağın qalınlaşması və formasının dəyişilməsi hallarına da rast gəlmək mümkündür. Saralmış dırnaqlar nadir hallarda ağciyər xəstəlikləri, şəkərli diabet və psoriazdan da xəbər verə bilər.
Əgər dırnaqlar göy rəngə çalırsa bunun səbəbi orqanizmin kifayət qədər oksigenlə təchiz olmamasıdır. Bu isə ağciyərlərin müayinəsinə ehtiyac olduğunu göstərir.
Tez-tez qırılan, çatlayan quru və kövrək dırnaqlar qalxanvari vəzdə olan problemlərin nəticəsidir. Əgər bu cür dırnaqlar həm də saralırsa göbələk xəstəliyinin olma ehtimalı da yaranır.
Dırnaqların altında qara zolaqların peyda olunması daha ciddi xəstəliklərin, melanoma və dəri xərçənginin səbəbi ola bilər.
Dırnaq ətrafındakı dəri qırmızı və şişkin görünürsə bu iltihabi proseslərdən xəbər verir ki, bunun da xoşagəlməz fəsadları ola bilər.
Dırnaq səthinin dalğalı və nahamar olması isə artrit xəstəliyinin başlanğıcından xəbər verir.
İnsanlarda tez-tez müşahidə etdiyimiz xoşagəlməz vərdişlərdən biri dırnaqların yeyilməsidir. Bu pis vərdiş olmaqla yanaşı, həm də həmin insanın daima narahat və həyəcanlı olmağının əlamətidir.
Yazını oxuduqdan sonra siz də dırnaqlarınıza diqqət yetirin. Əgər bir dəyişiklik hiss edirsinizsə, gecikmədən həkimə müraciət etməyə tələsin.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır