Lazer epilyasiyası edən qadınlar haqqında MARAQLI FAKT
Qadınlar bədənindəki xoşagəlməz tükləri ənənəvi yollarla təmizləməyə ömrünün 1000 saatını sərf edir.
Türkiyə mətbuatına istinadən xəbər veririk ki, bu barədə dəri xəstəxanasının qurucusu həkim Levent Türbedar məlumat verib:
"Xoşagəlməz tüklərdən xilas olmağın ən təsirli yollarından biri lazer epilyasiyasıdır. Xüsusilə qadınlar üçün bu, inqilabi üsuldur. Çünki qadınlar əsrlərdir ki, tüklərdən xilas olmaq üçün mübarizə aparır və həyatının 1000 saatını ona sərf edir. Halbuki, onlar tükləri təmizlədikləri vaxtı özlərinə və inkişaflarına sərf edə bilərlər.
Xoşbəxtlikdən müasir tibbi avadanlıqlar tüklərdən qısa müddətdə xilas olmağa kömək edir. Üstəlik lazer epilyasiyası tüklərin çıxmasını bir müddət sonra dayandırır. Bu da o deməkdir ki, lazer epilyasiyası ilə problemi kökündən həll etmək qadınlara əlavə vaxt qazandırır".
Həkim onu da bildirib ki, gözəllik mərkəzlərində hormon və genetik fərqlərə əsasən müxtəlif lazer epilyasiyaları təklif olunur.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır