Əgər səhərlər 4 stəkan su içirsinizsə...
Çox qədim tarixi olan yapon su terapiyası bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Yapon su terapiyası qastrit, diabet, yüksək təzyiq, astma, qəbzlik, ishal, göz xəstəlikləri, babasil, bronxit, vərəm, ürək problemləri, epilepsiya, qulaq-burun-boğaz xəstəlikləri, artrit, xərçəng, menstruasiya nizamsızlığı, böyrək və sidik yolları narahatlıqları kimi bir çox olduqca ciddi və yayılmış xəstəliklərlə mübarizədə istifadə edilən üsuldur.
Boş mədəyə su içməklə başlayan yapon su terapiyası səhər yuxudan oyanan kimi ilk iş olaraq yerinə yetirilməlidir. Dişlərinizi fırçalamazdan əvvəl 640 ml. (təxminən 4 stəkan) su için. Suyun florid tərkibli olmamasına diqqət yetirin. Dişlərinizi fırçalayıb ağzınızı təmizləyin. Amma 45 dəqiqə heç bir şey yemək olmaz. Ondan sonra hər zamankı kimi səhər yeməyinizi yeyin. Səhər yeməyindən sonra iki saat heç nə yeməyin. Yapon ənənələrinə görə, su bir az ilıq olmalıdır, nə soyuq, nə də otaq istiliyində olmamalıdır. Uzaq Şərqdə insanlar yemək zamanı heç vaxt soyuq su içmirlər. Bunun yerinə isti çay tövsiyə edilir.
Əgər səhər yuxudan oyanan kimi bu qədər su içməyə əziyyət çəkirsinizsə, iki stəkanla başlayıb, vaxt keçdikcə 4 stəkana qədər artıra bilərsiniz. Böyrəklərimiz saatda 800-1000 ml su süzə bilmək qabiliyyətinə malikdir. Buna görə də bir dəfəyə 4 stəkandan çox su içmək böyrəklərə zərər verə bilər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək