SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Bu qidalar karlığın qarşısını alır - SİYAHI

Bu qidalar karlığın qarşısını alır - SİYAHI

Tarix:

2-10-2017, 10:58

/ 37 947 dəfə oxundu.
Bu qidalar karlığın qarşısını alır - SİYAHI

Yaşlandıqca, ya da müxtəlif səbəblərdən eşitməmizdə müəyyən narahatlıqlar yaranır. Amma bəzi qidalarla eşitmədə yarana biləcək problemlərin qarşısını almaq mümkündür. Həmin qidaların siyahısını diqqətinizə çatdırırıq.

Potasium

Potasium qandakı və bədən toxumasındakı maye miqdarının tənzimlənməsindən cavabdehdir. Eşitmə sağlamlığınız üçün bu, əhəmiyyətli ola bilər, çünki daxili qulaqdakı maye, qulağın duyduğumuz səsləri elektrik vasitəsilə beyinə ötürən maye zəngin bir potasium qaynağına bağlıdır. Yaşlandıqca təbii olaraq, bu səviyyələr azalır ki, bu, yaşla bağlı eşitmə itkisinə səbəb olan bir faktor ola bilər.

Potasium baxımından zəngin qidalar:

Kartof, ispanaq, lobya, pomidor, quru üzüm, qaysı, banan, qovun, portağal, qatıq və süd.

Fol turşusu

Fol turşusu orqanizmdəki yeni hüceyrə böyümə qabiliyətinə dəstək verən kritik bir elementdir. Bəzi araşdırmalar fol turşusunun eşitmə itkisini azaltdığını göstərir. Yaxşı bir dövran daxili qulaqdakı tüklü hüceyrələrin sağlıqlı və düzgün şəkildə işləməsini təmin edən əhəmiyyətli bir ünsürdür.

Fol turşusu ilə zəngin qidalar:

Cciyər, böyrək, ürək və sair, ispanaq, itburnu

Maqnezium

Miçiqan Universitetində aparılan araşdırmalar maqnezium dəstəyi alan şəxslərin (A, C və E vitamini ilə birlikdə) gurultuyla əlaqədar eşitmə itkisinə qarşı qoruduğunu göstərib. Elm adamları bunun maqneziumun yüksək səslər sırasında yayılan sərbəst radikalların təsirlərini qoruyan bir baryer kimi savaşdığını söyləyir. Ayrıca, daxili qulaqda maqneziumun yetərli olmaması qan damarlarının kiçilməsinə və o nahiyədə oksigenin yoxluğuna səbəb olur.

Maqneziumla zəngin olan qidalar:

Banan, ənginar, kartof, ispanaq, pomidor, qatıq

Sink

Sink orqanizmin immunitet sistemini gücləndirir, eyni zamanda, hüceyrə böyüməsi və sağalmalara cavabdehdir. Buna görə soyuqdəymədə və hətta sinir pozucu qulaq infeksiyalarına səbəb olan mikrobları yox etməkdə yararlıdır. Müəyyən araşdırmalar bəzi şəxslərdə qulaq cingildəməsinin müalicəsində də təsirli olduğunu söyləyir. Sink antibiotik və sidik qovucu dərmanlarla əks təsirə girdiyi üçün istifadədən əvvəl həkimə müraciət edin.

Sinklə zəngin qidalar:

Mal əti, toyuq əti, fıstıq, badam, lobya, mərcimək, tünd şokolad

Şərhlər

XƏBƏR LENTİ