Babasildən birdəfəlik qurtulmağın ən asan yolu
Babasil sadə dillə ifadə etsək bağrsaqların qurtaracağında yaranan damar genişlənməsidir. O daxili və xarici olmaqla iki hissəyə bölünür və çox zaman ağrılar və narahatçılıqla müşaiyət olunur.
Babasil anus hissədə qan dövranının pisləşməsinə, qəbizliyə və digər problemlərə yol açır. Dünya əhalisinin böyük hissəsi babasildən əziyyət çəkir. Bu xəstəlik zamanla bağırsaq xərçənginə də yol açır. Odur ki, özünüzü qorumaq üçün təbii vasitələrlə babasili müalicə edə bilərsiniz.
Babasildən əziyyət çəkənlər mütləq şəkildə hər gün şorba içməli, maye qəbul etməlidilər ki, qəbizliyin qarşısı alınsın. Şirniyyat, ağ undan hazırlanmış xəmir məmulatları, spirtli içkilər, qəhvə, şokolad kimi ərzaqları gündəlik rasionlarından çıxartmalıdırlar.
Daha çox tərkibində bol göyərti, soğan olan tərəvəz salatları, həmçinin bol meyvə yemək tövsiyə olunur. Alma və qarpız isə babasilin ilk düşmənidirlər.
Babasildən bir dəfəlik qurtulmağın ən sadə və faydalı üsulunu təqdim edirik.
Aloe bitkisinin sonsuz faydalarından çoxumuz xəbərdarıq. Bu sehirli bitki yaraları sağaldır, qan dövranını yaxşılaşdırır və ağrıların qarşısını alır.
Kiçik ölçülü aloe yarpağının üst qatını təmizləyin. Şirəsini də sıxıb çıxardın. Şirəni soyuducunun buzluğuna qoyub, dondurun. 1 saatdan sonra çıxardıb, su hamamında əridilmiş kokos yağına batırın, tibbi şam kimi anusa yeridin. Bir çox xəstələr bu vasitə ilə babasildən tam canlarını qurtarmağa nail olublar.
Aloe və kokos yağlı bu təbii vasitəni 7-10 gün ərzində hər gün hazırlayıb, müalicəni davam etdirə bilərsiniz.
Sağlam olun!

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır