Bakıda güclü külək səbəbindən 2 nəfər təcili yardıma müraciət edib
Küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə iki çağırış qeydə alınıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanlarına təcili tibbi yardım briqadası cəlb olunub.
Saat 07:55 radələrində Səbail rayonu, Xəqani küçəsi ərazisindən qeydə alınan çağırış zamanı təcili tibbi yardım briqadası tərəfindən bir qadın Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Saat 10:25 radələrində Nizami rayonu, Atletlər kəndi ərazisindən qeydə alınan çağırış zamanı isə bir kişi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, instituta gətirilən şəxs güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalıbmış. Aparılan müayinələr nəticəsində pasiyentə sağ mil sümüyünün distal ucunun oynaqdaxili sınığı diaqnozu qoyulub. Həkimlər həmin şəxsə zəruri tibbi yardım göstərib və sınıq gips longetlə fiksasiya olunub. Pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Ona ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.
Nazirlik vətəndaşlara küləkli hava şəraitində iri ağacların, köhnə tikililərin və təhlükə yarada biləcək digər konstruksiyaların yaxınlığında dayanmamağı, zərurət olmadıqda isə açıq havada uzun müddət qalmamağı tövsiyə edir.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var