Hamilə qadınlar mütləq B3 vitamini qəbul etməlidirlər
Avstraliya alimləri müəyyən ediblər ki, qadınlar hamiləlik dövründə mütləq B3 vitamini qəbul etməlidirlər.
B3 vitamini uşaqsalma ehtimalını azaldır, habelə dölün qüsursuz inkişafını təmin edir. Bu fikri təsdiqləmək məqsədilə sınaqlar keçirilib. Eksperimentdə ya daim uşaqsalan, ya da patologiyalı, o cümlədən ürək xəstəliyi, onurğa sütunu inkişafının pozulduğu, böyrək xəstəliyi olan uşaq doğan dörd qadın iştirak edib. Təkcə həmin qadınların deyil, onların ailə üzvlərinin də DNT analizi aparılıb.
Alimlər aşkar ediblər ki, qüsur və xəstəliklərə səbəb NAD (nikotinamidadenindinukleotid) çatışmazlığıdır. Embrionun daxili orqanlarının formalaşmasına material və enerji verən NAD hamiləliyin ilk günlərindən lazımdır. Orqanizmdə onun miqdarını artırmaq üçün həb şəklində vitaminlər qəbul etmək azdır. Həmçinin tərkibində B3 vitamini olan ərzaq məhsullarından istifadə etmək lazımdır. Bu sıraya ət (hind toyuğu, qoyun, mal, dana), günəbaxan toxumları, badam, araxis, süd məhsulları, sıyıqlar (yulaf, qarğıdalı, çovdar, arpa), paxlalar (noxud, lobya), ərik qurusu, kartof, quru treska, kəpəkli undan hazırlanmış çörək və digər məhsullar daxildir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır