Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
"Bilirik dərəbəylikdir, bilirik necə deyərlər heç kim heç kimin kitabın oxumur, məlumdur nəzarət sıfırın altındadır... Amma daha bu qədər də olmaz axı... Şəkildə gördüyünüz "SİTİKALS" adlı dərmanın keyfiyyətindən danışmıram, bunu İngiltərə büdcəsi üçün işləyən, dərman monopolisti Cavanşir müəllimdən (deputat Cavanşir Feyziyev nəzərdə tutulur -red.) soruşmaq lazımdır". "Dia.az" xəbər verir ki, bunu öz etirazında tanınmış jurnalist Rövşən Kəbirli qeyd edib.![]()
O daha sonra bildirir: "Söhbət dərmanın fərqli apteklərdə fərqli qiymətə satılmasıdır. Bilmirəm, bu dərmanın satış qiyməti də HƏRŞEYŞÜNAS nazirimiz tərəfindən tənzimlənib, yoxsa yox... Tənzimlənibsə niyə kommunal xərclərin artım qiymətləri konkret göstərildiyi halda, bəzi ərzaq və dərman vasitələrinin satışında bu konkretlik yoxdur.
Belə ki, sözügedən dərman "İnşaatçılar" metrosuna yaxın yerdə yerləşən "FATİMƏ" aptekində 62 manata, onun 900 metrliyində - "20 Yanvar" metrostansiyasının üstündə fəaliyyət göstərən "Ekonom" aptekdə 55 manata satılır.
Sayın nazir, hesab elə ki, hələ intellektual oyunun oyunçulardan birisən və " Kim, Nə, Harda"nın kapitanı bu suala sənin cavab verməyini istəyir. Necə cavab verərdin, hə?
Dia.az

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub