SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Son zamanlarda cərrahların əslində sterilliyi daim qorumalı olan və heç bir yad cismin daxil olmadığı əməliyyat otağından paylaşımlarının ard-arası kəsilmir. Daha bir plastik cərrah Təbəssüm Qurbanova əməliyyat zamanı canlı yayın açaraq prosesi izləyicilərinə nümayiş etdirib.
Görüntülərdən məlum olur ki, bədənşəkilləndirmə əməliyyatı zamanı işçilərdən biri musiqi sədaları altında yazılan şərhləri oxuyur və cavablandırır. Həkimlər isə bu əsnada xəstədən piy çıxarmağa davam edirlər. Bu hadisə izləyicilərin tənqidinə səbəb olub.
Sözügedən görüntünü mühitin pozulmasını, xəstənin sağlamlığının riskə atılmasını qınayan sosial şəbəkə istifadəçiləri bu davranışı həkimin və tibb müəssisəsinin pasiyentlərə qarşı qeyri-peşəkar yanaşması kimi qiymətləndiriblər.
Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, qeyd edilən faktın qanunvericilik çərçivəsində araşdırılması üçün tapşırıq verilib: "Tədbirlər görülür. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək".
"Azərbaycan Reallığı"nın əldə etdiyi məlumata görə "Azər-Türk Med" klinikasında plastik cərrah kimi faliyyət göstərən Təbəssüm Qurbanova “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədiri hazırda isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun yaxın qohmudur.
Onu da əlavə edək ki, xarici ölkələrdə pasiyent haqqında məlumatı yayan həkimlər həbs olunur. Sosial şəbəkələrdə, televiziyalarda həkimləri kiminsə reklam etməsi böyük bir biabırçılıqdır. Bu cür paylaşımlar, canlı yayımlar korporativ maraqlara xidmət edir. Belə hallar təbabətin mənəvi göstəriciləri ilə ziddir.
AzərbaycanReallığı

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək