Vaginal duş hamiləlikdən qoruyur? – QADINLAR BUNU BİLMƏLİDİR
Vaginal duş - uşaqlıq yolunun təmizlənməsi məqsədi ilə vaginanın su, ya da başqa mayelərlə yuyulmasıdır. Bu məqsədlə xalq arasında ən sıx istifadə edilən maye sudur. Bəs vaginal duş zərərlidirmi? Vaginal duş hamiləlikdən qoruyurmu? Xanımları maraqlandıran bu sualları cavablandırmağa çalışdıq.
İlk olaraq onu bildirək ki, qadınlar əsasən, vaginal təmizlik, hamiləliyin əngəllənməsi, axıntının təmizlənməsi, baginanın göbələkdən qorunması, cinsi yolla keçən xəstəliklərə yaxalanmamaq, menstruasiya sonrası vaginada qalan qanın təmizlənməsi üçün vaginal duş edir.
Vaginal duş zərərlidirmi?
● Pis qoxulu olmayan vaginanın təbii mukoid axıntısı vaginal infeksiyalara qarşı bir qoruma mexanizmidir.
● Vaginal duş qadının vaginasındakı turşu səviyyəsini pozaraq infeksiyalara səbəb olur. Vagina bölgəsində pis qoxu olan qadınlar mütləq ginekoloqa getməlidir.
● Vaginal duş vəziyyəti düzəltmək yerinə daha da pisləşdirir.
● Normalda vaginanı mikroblardan təmizləyən ən təsirli amillərdən biri vaginada yaşayan və bədənə yararlı mikroorqanizmlərin yaratdığı turşu balansıdır.
● Vaginal duş bütün bu bölgədə olan turşu balansının normal səviyyəsini pozaraq, həmin hissəni infeksiya və narahatlıqlara qarşı həssas hala gətirir.
● Vaginal infeksiya varsa, vaginal duş zamanı bu infeksiyanın daha yuxarıya, yəni uşaqlıq və yumurtalıqlara daşınması ehtimalı olur.
● Qadın xəstəlikləri və doğuş üzrə mütəxəssislər vaginal duşu tövsiyə etmir.
Hansı hallarda vaginal duş edilir?
Bəzi qadınlar vaginal duş etmədən özlərini təmiz hiss etməzlər. Xroniki vaginal göbələk infeksiyası, ya da xroniki bakterial infeksiya olduqda tibbi olaraq bəzi özəl molekullar olan məhsullarla vaginal təmizlik edilə bilər. Bu da həkim məsləhəti ilə olmalıdır.
Vaginal duşla hamiləlikdən qorunmaq mümkündürmü?
Qadınların çoxu cinsi əlaqədən dərhal sonra vaginal duşla yuyunurlar. Spermanı bədəndən yumaqla hamiləliyin qarşısını ala biləcəklərini düşünürlər. Halbuki vaginal duşla hamiləlikdən qorunmaq mümkün deyil. Arzuolunmaz hamiləlikdən qorunmaq üçün etibarlı qorunma üsullarından (doğuş həbləri, prezervativ, spiral) istifadə edin.
Vaginanı necə təmizləmək lazımdır?
● Vagina özünün mukoid mayesini ifraz edərək öz-özünü təmizləyir. Bu, ən yaxşı üsuldur.
● Sağlam vaginada bir miqdar duru axıntı olur. Bu, vaginanın öz axıntısıdır. Vagina öz PH balansını sabit tutaraq antibakterial ortam yaradır.
● Vaginanın çölünü ilıq su ilə, ya da PH səviyyəsi normal sabunlarla yumalısınız.
● Tampon, sprey kimi materiallardan uzaq qaçın. Bunlar vaginal infeksiya riskini artırır.
● Vaginanı gözünüz kimi düşünün. Necə ki, gözlərin içini yox, yalnız bayırını təmziləyirsiniz, vaginaya da elə yanaşın.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır