Gün şüalarının qadınlar üçün ZİYANLARI
Gün şüalarının faydaları çoxdur - immun sistemini və sümükləri möhkəmləndirir, orqanizmdə xoşbəxtlik hormonlarının ifrazını artırır və nəticədə stressi və depressiyanı azaldır və s.
Lakin son zamanlar mütəxəssislər daha tez-tez gündən qorunmağa çağırır ki, gün şüalarından sui-istifadə çox ağır fəsadların inkişafına səbəb olur.
Bu fəsadlardan biri dəri xərçəngidir. Açıq gün şüalarına uzun müddət ərzində məruz qalmaq bu xəstəliyin əsas risk faktoru sayılır. Hal-hazırda dünyada dəri xərçənginə tutulma halları ildən ilə artır ki, mütəxəssislər bunun əsas səbəbini məhz qaralmış dəriyə olan dəbdə görürlər.
Qadınlar bilməlidir ki, "zaqar"dan sui-istifadə döşün sağlamlığına da mənfi təsir edir. Gün şüalarının təsirindən həssas döş toxumalarında patoloji dəyişikliklər başlaya bilər. Digər tərəfdən günün təsirindən qadın orqanizmində estrogen hormonların ifrazı artır ki, bu da döşdə patoloji dəyişikliklərin riskini artırır.
Əgər qadının döşündə hər hansı xoşxassəli törəmə artıq varsa, bu xüsusilə təhlükəlidir ki, bu törəmə gün şüalarının təsirindən bədxassəli şişə çevrilə bilər.
Mütəxəssislər xəbərdarlıq edir ki, topless (büsthaltersiz) qaralmaq və həmçinin solaridən istifadə etmək xüsusilə ziyanlıdır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır