Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı
Xəzər Rayon Məhkəməsində barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş 1970-ci il təvəllüdlü Radifə Əliyevaya hökm oxunub.
Masallı sakini Sabit Ağayev bildirib ki, qohumu Radifə Əliyeva “Space” TV-də Amil Xəlilin aparıcılıq etdiyi verilişdə onun ünvanına böhtan və təhqirlər səsləndirib.
O bildirib ki, bir neçə ildir Radifənin ailəsi ilə aralarında mülk üstündə narazılıq yaranıb. Buna görə R.Əliyeva bir neçə dəfə müxtəlif instansiyalara və mediaya müraciət edib. Son olaraq isə o, “Space” TV-də verilişə çıxaraq barəsində “çəkir, içir, butulkaları qonşunun həyətinə atır, 2017-ci ildə gecə vaxtı onların evinə 4-5 nəfərlə hücum edib qoca anasına ağır bədən xəsarətləri yetirmişəm”, “cinayət törətmiş şəxs, ailəliklə türmədə yatmış şəxs, terrorist” və sair fikirlər səsləndirib.
O, Radifə Əliyevanın Cinayət Məcəlləsinin 147.2 və 148-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma və təhqir) maddələri ilə cəzalandırılmasını xahiş edib.
Radifə Əliyeva isə Sabitin onun atasına məxsus olan mülkü zorakılıq yolu ilə ələ keçirdiyini, anasına xəsarətlər yetirdiyini, sənədlərin saxtalaşdırılması yolu ilə torpaq sahəsini özününküləşdirdiyini deyib.
Məhkəmə R.Əliyevaya 147.2-ci maddə üzrə bəraət versə də, onu 148-ci, yəni təhqirə görə təqsirli bilib. Xəzərə Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə 3 ay azadlığın məhdudlaşdırılması və 1000 manat cərimə cəzası verilib. Onun üzərinə elektron nəzarət cihazı yerləşdirilib.(“Qafqazinfo”)

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub