SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda 41 yaşlı kişi dişini çəkdirərkən öldü

Bakıda 41 yaşlı kişi dişini çəkdirərkən öldü

Tarix:

12-09-2019, 19:29

/ 804 dəfə oxundu.
Bakıda 41 yaşlı kişi dişini çəkdirərkən öldü

Neftçala rayonu, Cəngən kəndinin 41 yaşlı sakini Bakı şəhərindəki stomatoloji kabinetlərdən birində dişini çəkdirərəkən dünyasını dəyişib.

Virtualaz.org-a istinadən xəbər veririk ki, 1978-ci ildə anadan olmuş Abas Ələsgər oğlu Məlikov dişini çəkdirərkən vurulmuş keyidici iynədən şoka düşərək dünyasını dəyişib.

A.Məlikovun 3 azyaşlı uşaq atası olduğu və Bakı şəhərində müvəqqəti iş yeri tapdığı üçün ailəsi ilə birgə paytaxtda məskunlaşdığı deyilir.

Mərhumun yaxınlarının bildirdiyinə görə, ölümün əsl səbəbi Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin verdiyi rəydən sonra məlum olacaq.

Şərhlər

XƏBƏR LENTİ