Azərbaycanda dəhşətli hadisə: azyaşlı sünnət zamanı öldü
Masallı rayonunda azyaşlı sünnət masasında dünyasını dəyişib.
Hadisə rayonun Musaküçə kəndində qeydə alınıb.
Belə ki, valideynləri 5 yaşlı Kənan Abutalıb oğlu Hüseyinovu sünnət etdirmək üçün evə həkim gətiriblər. Uşağın ağrı hiss etməməsi üçün ona ağrıkəsici iynələr vurulub. Bundan sonra valideynlərinə otaqdan çıxmaq tövsiyə olunub. Lakin uşağın halı pisləşib və sünnət əməliyyatı başlamadan dünyasını dəyişib.
Azyaşlının meyiti müayinə olunması Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.
Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov bildirib ki, uşağı sünnət etmək üçün dəvət olunmuş Ramiz Sadıqov yaşla əlaqədər təqaüdə göndərilmiş həkimdir və hazırda xəstəxanada işləmir.
Faktla bağlı araşdırma aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?