XalqXəbər.Az

Daha bir narkotik satıcısı saxlanıldı

yüklənir...
Daha bir narkotik satıcısı saxlanıldı
12-09-2019, 11:30
yüklənir...

Gəncədə narkotik satıcısı saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncənin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş 1976-cı il təvəllüdlü Həsən Quliyev saxlanılıb. Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 10.5 qram çəkidə narkotik vasitə olan marixuana və 1.2 qram heroin aşkar olunaraq götürülüb.

H. Quliyevin şəhər ərazisindəki yaşadığı mənzilə baxış keçirilən zaman oradan 1 kiloqram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.