SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Hövsanda qəza - 2 nəfər öldü, 12 nəfər yaralandı

Hövsanda qəza - 2 nəfər öldü, 12 nəfər yaralandı

Tarix:

6-08-2019, 13:56

/ 1 139 dəfə oxundu.
Hövsanda qəza - 2 nəfər öldü, 12 nəfər yaralandı

Hövsan qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avqustun 5-də saat 17 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri İ.Əsgərovun idarə etdiyi “Mercedes” və N.Həşimovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, nəticədə avtomobillərdə olan sərnişinlərdən Əjdər Xudaverdiyev və Əli Musayev ölüb, digər 12 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ