SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » "Sədərək”də 16 nəfər xəsarət alıb: 9 nəfəri FHN və DİN əməkdaşıdır

"Sədərək”də 16 nəfər xəsarət alıb: 9 nəfəri FHN və DİN əməkdaşıdır

Tarix:

5-08-2019, 10:03

/ 541 dəfə oxundu.
"Sədərək”də 16 nəfər xəsarət alıb: 9 nəfəri FHN və DİN əməkdaşıdır

Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş verən yanğın zamanı ümumi müraciət edənlərin sayı 16 nəfər olub.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, onlardan 6-na yerində yardım edilib.

Nazirlikdən bildirilib ki, qalan 10 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb: "10 nəfərdən biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır, qalanlar yanğının söndürülmasində iştirak edən FHN və DİN əməkdaşlarıdır. Müraciət edənlərə tibbi yardım göstrildikdən sonra evə buraxılıblar".

Şərhlər

XƏBƏR LENTİ