Günün şəkli: Şəhidləri ziyarət edən qazilər...
Bu şəkil dünən Bakıda çəkilib. Əslində onu geniş şərh etməyə ehtiyac yoxdur. Bu "danışan şəkillər" kateqoriyasındandır.
Ancaq bu şəkilə bir neçə cümlə həsr etmək vacibdir.
Onlar qazilərdir, şəhidləri ziyarət etməyə gəliblər.
Üzləri görünmür qazilərin. Burada onlar naməlum əsgərlərdir. Naməlum qəhrəmanlar.
Dördü də aşağı-yuxarı eyni yaşdadır. Hamısının saçı ağarıb.
Dördü də vətən uğrunda əzasını itirib. Qoltuq ağacına söykəniblər.
Dördü də şəhidlərin önündə eyni anda baş əyib.
Dördü də eyni cür geyinib - cins şalvar, qara gödəkçə.
Dördü də eyni yollardan, eyni od-alovdan keçib.
Onlar bu vətənə borclarını öz gənclikləri ilə, qanları ilə, döyüş meydanında itirdikləri əzaları ilə veriblər. Ancaq özlərini hələ də borclu sayır, şəhidləri ziyarətə gəlirlər,özlərini məhz ömrü yarıda qırılmış şəhidlərə borclu sayırlar.
Vətən bu igid, qəhrəman oğulların qədrini bilməlidir. Onlar saf ürəkli vətən oğullarıdır, düşmən çəpərləridir. Bu ölkə məhz bu cür oğulların sayəsində arxalı köpəklərin qarşısında dayana bildi.
Bu igidlər heç də məğlub əsgərlər deyillər. Onlar söykənib ayaqda durduqları əsa və qoltuq ağaclarını hər an tüfəngə dəyişə bilərlər. Onlar belədirlər. Onlar bu xalqın qənimət oğullarıdır.
Musavat.com 

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub