XalqXəbər.Az

XalqXeber.Az » İqtisadiyyat » Məşhur şirkətin vergi borcu yarım milyonu ötdü, rəhbəri məhkəməyə verildi

Məşhur şirkətin vergi borcu yarım milyonu ötdü, rəhbəri məhkəməyə verildi

Məşhur şirkətin vergi borcu yarım milyonu ötdü, rəhbəri məhkəməyə verildi
22-12-2023, 17:49

“Cəlilabad Şərab-2” ASC-nin İdarə Heyətinin sədri Məmmədəli Qocayev məhkəməyə verilib.

İqtisadiyyat.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə müraciətində onun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulmasını xahiş edib.
Buna səbəb isə ASC-nin yığılan vergi borcunun ödənilməməsi göstərilir. Şirkətin vergi borcu hazırda 550 min manatı ötüb.

Məhkəmə işi hakim Günay Namazovanın sədrliyi ilə araşdırılacaq. Əgər məhkəmə DVX-nin iddiasını təmin etsə, M.Qocayevin Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.
Qeyd edək ki, “Cəlilabad Şərab-2” ASC Cəlilabad rayonunun Qarazəncir kəndində yerləşir. 1999-cu ildə yaradılan şirkətin 352 786 manat nizamnamə kapitalı var. 50 nəfər ətrafında işçiyə sahibdir. M.Qocayev isə bu ilin may ayından şirkətə rəhbərlik edir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.