SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » SOCAR: “Azərbaycan BEM sahəsində çox yaxşı mövqe tutub”

SOCAR: “Azərbaycan BEM sahəsində çox yaxşı mövqe tutub”

Tarix:

22-11-2023, 15:41

/ 1 138 dəfə oxundu.
SOCAR: “Azərbaycan BEM sahəsində çox yaxşı mövqe tutub”

“Azərbaycan bərpaolunan enerji mənbələri (BEM) sahəsində çox yaxşı mövqe tutub”.

Trend xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidentinin müşaviri Mustafa Qurbanlı Bakıda keçirilən SPE Xəzər Texniki Konfransında deyib.

“Azərbaycan bərpaolunan enerji mənbələri sahəsində çox yaxşı mövqe tutub, lakin indi əsas məsələ Azərbaycan və ən böyük neft-qaz şirkəti kimi SOCAR-ın nöqteyi-nəzərindən harada olduğumuzdur. Azərbaycan hökuməti istixana tullantılarını 2030-cu ilədək 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaltmağı öhdəsinə götürüb.

Bundan başqa, Azərbaycan bərpaolunan enerji istehsalını 2030-cu ilədək 30 faiz artırmaqla bağlı strateji qərar qəbul edib. Bu, Azərbaycan hökumətinin qəbul etdiyi çox mühüm qərardır və SOCAR regiondakı ən iri şirkətlərdən biri olaraq, Azərbaycan hökumətinin qərarlarının sürətini izləyir”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, SOCAR cari məqsədlərə nail olmaq üçün üç istiqamətə diqqət yetirir.

“Birinci istiqamətimiz dekarbonizasiyadır. Fəaliyyət göstərdiyimiz bütün sahələrdə, bütün əməliyyatlarımızda kompleks dekarbonizasiya proqramını həyata keçiririk. İkincisi, yeni biznes növlərinə investisiya qoyuruq. SOCAR bərpaolunan enerji mənbələri sahəsində aparıcı şirkətlərlə əməkdaşlıq edir və külək, günəş, hidrogen və karbondan istifadə kimi yeni bizneslər qurmağa çalışır. Üçüncüsü, təşkilati dəyişikliklərdən ibarətdir.

SOCAR hazırda strukturunu dəyişdirməklə və inteqrasiya olunmuş idarəetmə sistemini optimallaşdırmaqla keçid prosesindədir. Strategiyamızda seçdiyimiz sahələr bunlardır: dekarbonizasiya proqramları, bərpaolunan enerji və hidrogen infrastrukturuna investisiya, elektrikləşdirmə və transformasiya proqramları. Enerji keçidinə nail olmaqda bizə kömək edəcək bütün qabaqcıl texnologiyalar da buraya daxildir”, - deyə o əlavə edib.


Şərhlər

XƏBƏR LENTİ