Macarıstan Azərbaycandan böyük həcmdə qaz almağı planlaşdırır
“Macarıstan gələcəkdə Azərbaycan, Qətər və Türkiyədən böyük həcmdə qaz almağı planlaşdırır, lakin regionda boru kəmərinin gücü bunun üçün yetərli deyil”.
Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Buxarestdə keçirilən 6-cı Rumıniya Beynəlxalq Qaz Konfransında (RIGC 2023) çıxış edərkən deyib.
Ölkəsinin qazın əsas hissəsinin hələ də Rusiyadan aldığını və mənbə ilə tədarük marşrutlarının şaxələndirilməsinin illüziya olaraq qaldığını vurğulayan diplomat buna səbəb olaraq Cənub-Şərqi Avropanın bu baxımdan yetərli gücə malik olmadığını qeyd edib. Onun fikrincə, sözügedən bölgədə boru kəmərinin gücü bunun üçün yetərli deyil və belə şəraitdə diversifikasiya sadəcə illüziya olaraq qalır.
XİN başçısı bildirib ki, qaz kəmərlərinin ötürmə qabiliyyətini artırmaq üçün əlavə vəsait lazımdır, lakin Cənub-Şərqi Avropa ölkələri üçün onları tapmaq çətindir və Avropa Komissiyası bu təşəbbüsün maliyyələşdirilməsi sorğusunu təsdiqləməkdən imtina edir.
Bu səbəbdən, onun fikrincə, “şaxələndirməyə ən böyük əngəl Brüsselin özü və bəzi Aİ üzvləridir”.
Siyarto əlavə edib ki, Macarıstan boru kəməri və interkonnektor imkanlarını genişləndirmək üçün qonşuları və tərəfdaşları ilə əməkdaşlığı davam etdirəcək.
Mənbə: TASS

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır